Kasım-Jomart Tokayev: Qazaxıstan xalqı Azərbaycanın tarixi qələbəsi ilə bağlı böyük sevinc hissi keçirib
11.03.2024 [23:34]
Xəbərin mətni
Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.