AZƏRTAC XƏBƏR VERİR: Prezident işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndələr təyin edib
13.03.2024 [18:02]
Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.