SİYASƏT


XI Qlobal Bakı Forumu ilə əlaqədar mətbuat konfransı təşkil olunub

Bakıda keçiriləcək “Parçalanmış Dünyanın Bərpası” mövzusunda XI Qlobal Bakı Forumu ilə əlaqədar martın 13-də mətbuat konfransı təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Azərbaycanda son üç ildə əldə olunmuş inkişafı görməkdən məmnunluq hissi duyduqlarını bildirib. Deyib ki, bunlar dondurulmuş münaqişələrin həlli və hələ də danışıqlar prosesində olan sülh sazişləri ilə bağlı razılığın əldə edilməsidir. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini də diqqətə çatdırıb.