Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vu Honqbo: Parçalanmış dünyanı bərpa etməyin ən uyğun yolu bütün dünya insanlarının birləşməsidir

14.03.2024 [14:14]

Xəbərin mətni

Parçalanmış dünyanı bərpa etməyin ən uyğun yolu bütün dünya insanlarının birləşməsidir. AZƏRTAC xəbər verir ki, bunu Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin keçmiş müavini, Çinin Almaniyadakı sabiq səfiri Vu Honqbo XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclasında çıxışı zamanı deyib.