SİYASƏT
Valdis Zatlers: Azərbaycan balanslaşdırılmış xarici siyasət aparır
14.03.2024 [15:16]
Xəbərin mətni
Qlobal Bakı Forumu artıq təcrübəli bir platformaya çevrilib. Forum müxtəlif ölkələrdən, qitələrdən nümayəndələri bir araya gətirir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Latviyanın sabiq Prezidenti, XI Bakı Qlobal Forumun iştirakçısı Valdis Zatlers deyib. Sabiq Prezident Qlobal Forumda iştirakçıların müzakirə olunan mövzularla bağlı öz fikirlərini bölüşdüyünü diqqətə çatdırıb.