SİYASƏT


BMT-nin İnkişaf Proqramının Administratoru: COP29 iqlim dəyişmələri ilə bağlı addımlara mühüm töhfə verəcək

Dünya iqlim dəyişmələri ilə bağlı bizim təcili cavab tədbirlərimizi səbirsizliklə gözləyir. Azərbaycan COP29-a ev sahibliyi edəcək. COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara mühüm töhfə verəcək. COP29 ərəfəsində biz maliyyəni buraya cəlb etməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayneri XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.