Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

IRENA-nın baş direktoru: COP29 yaşıl enerjiyə keçiddə həlledici rol oynayacaq

15.03.2024 [12:51]

Xəbərin mətni

COP29 çox gözəl düşüncə platformasıdır. Bakının bu tədbirə ev sahibliyi edəcəyini səbirsizliklə gözləyirik. COP29 yaşıl enerjiyə keçiddə həlledici rol oynayacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.