İQTİSADİYYAT


Nazir müavini: Təmiz ətraf mühit və yaşıl iqtisadiyyatın artırılması strategiyamızda əsas xətti təşkil edir

Təmiz ətraf mühit və yaşıl iqtisadiyyatın artırılması strategiyamızda əsas xətti təşkil edir. Bu sözləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Həyatda qalmağımızı maliyyələşdirmək: İqlim ədaləti” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.