SİYASƏT


Hakima El Haite: COP yalnız geosiyasi alət deyil, həyatın, bəşəriyyətin gələcəyidir

COP yalnız geosiyasi alət deyil, həyatın, bəşəriyyətin gələcəyidir. Biz hər şeyi dəyişdirə bilərik. Təbiətimizin gələcəyi üçün bunu etməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Liberal International” təşkilatının prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri, bu ölkənin iqlim dəyişikliyi üzrə sabiq xüsusi nümayəndəsi Hakima El Haite XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.