Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfərdən qayıdan “Qarabağ” Bakıda böyük coşqu ilə qarşılandı

15.03.2024 [15:08]

Xəbərin mətni

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyada “Bayer” klubuna qarşı əzmkar mübarizə aparan “Qarabağ” Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.