Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Çinli dekan: Azərbaycan çox sürətlə inkişaf edən ölkə və regional gücdür

15.03.2024 [16:51]

Xəbərin mətni

Düşünürəm ki, bu gün Qlobal Bakı Forumu ən mühüm beynəlxalq platformalardan birinə çevrilir. Çünki burada beynəlxalq əməkdaşlıq və mübadilə təmin edilir. Çinli alimlər olaraq bizim bu Foruma qatılmağımız çox vacibdir. Azərbaycandan çox şey öyrənmək olar. Bu sözləri AZƏRTAC-a açıqlamasında Çin Renmin Universitetinin maliyyə tədqiqatları üzrə Çonqyanq İnstitutunun dekanı, XI Bakı Qlobal Forumunun iştirakçısı Vanq Ven deyib.