RƏSMİ
Prezident İlham Əliyev BMT-nin İnkişaf Proqramının administratorunu qəbul edib
15.03.2024 [17:30]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştayneri qəbul edib.
AZƏRTAC xəbər verir ki, Axim Ştayner COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın sədrliyi münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, BMT-nin İnkişaf Proqramı COP29-un keçirilməsi istiqamətində Azərbaycan ilə əməkdaşlığa hazırdır.