SİYASƏT


Türkiyə XİN-in başçısı: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır

Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzudur. Azərbaycanın iqtisadi cəhətdən inkişafı onu göstərir ki, o, bölgənin ən güclü ölkəsinə çevrilib. Azərbaycan, eyni zamanda, regional diplomatiyanın və bir sıra layihələrin qovşağına çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Bakı Qlobal Forumda çıxışında bildirib.