Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Keşikçidağda “Novruz ənənələri”

16.03.2024 [12:13]

Xəbərin mətni

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda keçirilən tədbirdə əsas məqsəd Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan olan Novruzun gənc nəslə aşılanması, şəhid ailələri və Vətən müharibəsi qazilərinin asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən tarixi abidələrin tanıdılmasıdır.