MƏDƏNİYYƏT


İsveçdə Novruz şənliyi təşkil edilib

İsveçin paytaxtı Stokholmda Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveç Beynəlxalq Media Qrupu və Azərbaycan Media Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə keçirilən bayram tədbirində İsveçin müxtəlif şəhərlərindən gələn 300-ə yaxın qonaq iştirak edib.