MƏDƏNİYYƏT


Parisdə “Natəvan” məktəbində Novruz bayramı qeyd edilib

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri ilə xalqımızın milli adət-ənənələrini özündə birləşdirən qədim bayramımız Novruz qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Natəvan” məktəbinin müəllim kollektivi, şagirdləri və onların valideynləri, eləcə də səfirliyimizin diplomatları iştirak ediblər. Məktəbin müəllim kollektivi və milli geyimdə olan şagirdləri səfirliyimizin Mədəniyyət Mərkəzində əsl bayram əhval-ruhiyyəsi yaradıblar.