SİYASƏT


Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümünə həsr olunan tədbirlər keçirilib. Tədbirlərdə Müdafiə Nazirliyi və Milli Müdafiə Universitetinin nümayəndələri, hərbi qulluqçular, kursantlar, xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də digər qonaqlar iştirak ediblər. Əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, Çanaqqala savaşında, eləcə də hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.