"Qədim Şabran" abidəsində Novruz şənliyi
19.03.2024 [15:39]
Xəbərin mətni
"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən "Qədim Şabran" abidəsində Novruz şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə təşkil olunan tədbirdə Şabran şəhər məktəblərinin müəllim və şagird kollektivi, həmçinin müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.