DÜNYA


ABŞ Dövlət katibi İsraildə səfərdədir

ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində İsrailə çatıb. Bu barədə “Ynet” portal məlumat yayıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Antoni Blinkenin Təl-Əvivdə Baş nazir Benyamin Netanyahu ilə görüşü planlaşdırılıb. O, daha sonra İsrail hərbi kabinetinin üzvləri ilə görüşəcək.
Blinken daha əvvəl Səudiyyə Ərəbistanında və Misirdə səfərdə olub.