İDMAN


“Qarabağ”ın legioneri yoldaşlıq oyununda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, onun komandası “FIFA series - Edition 2024” layihəsi çərçivəsində keçirilən beynəlxalq turnirdə Cənubi Afrika Respublikası (CAR) ilə üz-üzə gəlib.
Qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Meydana start heyətində daxil olan 30 yaşlı yarımmüdafiəçi 22-ci və 70-ci dəqiqələrdə qol vurub, 53-cü dəqiqədə isə məhsuldar ötürmə edib.