Azərbaycan Dövlət İnformasiya Agentliyi

"GÜNÜN MÖVZUSU": Yeni dövrdə AFFA-dan gözləntilər

29.03.2024 [12:43]

Aprelin 2-dən Azərbaycan futbolu üçün yeni dövr başlayacaq. Çünki həmin tarixdə keçiriləcək Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri müəyyənləşəcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında çalışmaq istəyən yeni namizədlər isə bəllidir. Mövzunu studiyamızın qonağı millimizin sabiq futbolçusu Vaqif Cavadov ilə müzakirə etdik.