Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ilk uşaq televiziyası olan “ARB Günəş” 9 yaşında

01.04.2024 [10:25]

Xəbərin mətni

Azərbaycanın ilk və yeganə uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci ildə fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doqquz illik fəaliyyəti dövründə telekanal efir vaxtını bütünlüklə uşaqlara həsr edir.
“ARB Günəş” azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri təqdim edir. Televiziyada yeni istehsal edilən cizgi filmlərini Azərbaycan dilində uşaqlara təqdim etmək məqsədilə peşəkar dublyaj studiyası fəaliyyət göstərir. “Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirən “ARB Günəş”i internetdə də onlayn izləmək mümkündür.