Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan millisinin yeni baş məşqçisi qısa müddətdə məlum olacaq

02.04.2024 [14:58]

Bir neçə məşqçi ilə danışıqlar aparılıb. AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat konfransında deyib. O, baş məşqçi seçiminin qısa müddət ərzində həll olunacağını bildirib: "Əslində məşqçi təyinatı rəsmiləşməliydi. Dediyim kimi, danışıqlar olub. Sadəcə, onların istəyi ilə adları açıqlaya bilmərik".