CƏMİYYƏT


Xaçmazlı sahibkardan kreativ tanıtım

Xaçmazlı sahibkarların avtoservisin tanıdılması üçün istifadə etdiyi kreativ üsul diqqət çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Rəşid Behbudov küçəsində yerləşən təmir sexinin sahibi köhnə “Zaparojets” markalı avtomobili dayaqlar üzərinə qaldıraraq uzaqdan görünməsini təmin edib.
Sexin sahibi bu “Zaparojets”i 2002-ci ildə həmin vaxtın pulu ilə 300 min manat ödəyərək alıb. Elə o vaxtdan da avtomobil təmir sexinin tanıtımı üçün istifadə olunur.