CƏMİYYƏT


Regionların sürətli inkişafını Qəbələ rayonunun timsalında aydın görmək olar

Son illər rayonda onlarla yeni məktəb binası, uşaq bağçası, səhiyyə ocaqları tikilib istifadəyə verilib, ölkə əhəmiyyətli, rayonlararası və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində çox mühüm işlər həyata keçirilib. Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonuna növbəti səfəri çərçivəsində rayonun Bum qəsəbəsində tam orta məktəbin yeni binasının, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının, avtomobil yolunun, “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinin istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.