MƏDƏNİYYƏT


Muzeylər şəhəri Şəki Ramazan bayramı günlərində daha da canlanıb

Pandemiyadan sonrakı illərə nəzər salsaq görərik ki, Şəkidə iri otellər deyil, daha çox motel və hostellər istifadəyə verilir. Turizm meneceri Yusif Yusifovun sözlərinə görə, artıq onların sayı 50-ə çatıb və bəlkə də bu il bir qədər də çoxalacaq. O, turistlərin fərdi evlərə də maraq göstərdiyini diqqətə çatdırıb. Turizm meneceri bildirir ki, Şəkidə bir gecə istirahət etmək üçün hər büdcəyə uyğun qiymətlər mövcuddur. Hostellərdə qiymətlər adambaşı 15-30 AZN arası dəyişir. Şəxsi evlərin qiyməti günü 70-80 manatdan başlayır. Villalarda isə 300-350 manata kimi qalxan qiymətlərə təsadüf etmək mümkündür.