Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın turizm imkanları Türkiyədə nümayiş etdirilir

06.02.2024 [16:03]

Xəbərin mətni

Fevralın 6-da İstanbulda 27-ci Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi açılıb. Azərbaycanın turizm imkanları sərgidə Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, fevralın 9-dək davam edəcək sərgi çərçivəsində milli stendimizdə altı turizm şirkəti, iki hotel qrupu və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur.