İDMAN


Azərbaycanın qadın şahmatçısı Vyanada sinxron turnirdə 30 şahmatçı ilə oynayıb

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin ən yüksək reytinqə malik qadın şahmatçısı, Azərbaycan millisinin kapitanı və Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadəyə qarşı sinxron şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Vyana Şahmat Federasiyası ilə birgə təşkil etdiyi seansda peşəkar və yeniyetmə şahmatçılar, eləcə də şahmat həvəskarları olmaqla 30 oyunçu iştirak edib.