CƏMİYYƏT


Yerli tinglərə maraq niyə azalıb? Tovuz bazarından REPORTAJ

Ağac tingləri əsasən payız və yaz aylarında əkilsə də, tingçiliklə məşğul olan fermerlər becərdikləri məhsulu bu il elə də asan sata bilməyiblər. Fermerlər müxtəlif növ məhsuldar ağacların tingini yazda satmaq ümidi ilə becərsələr də, indi bazarda durğunluq müşahidə edilməkdədir.
AZƏRTAC xəbər verir ki, bağlarda yeni ağaclar əkmək üçün payız və yaz fəsli ən ideal dövr sayılır. İndi ağac əkməyin, yaşıllıqlar salmağın əsl vaxtıdır. Buna görə də hazırda bazarlarda müxtəlif meyvə və dekorativ ağac tinglərinə rast gəlmək olur.