CƏMİYYƏT


Mil-Muğan bölgəsində pambıq səpini başlayıb

Mil-Muğan bölgəsində pambıq səpininə start verilib. Sabirabaddan olan fermerlər də əlverişli hava şəraitindən istifadə edərək, səpin işlərini qısa müddətə başa çatdırmağa çalışırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il pambıq tədarükünə görə ön sıralarda yer alan Sabirabadda tarlalara bir həftədir çiyid səpilir.