İQTİSADİYYAT


Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı dairəvi avtomobil yoluna çıxış hissəsində (estekadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.