Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMADA-nın “Ədalətli idman həftəsi”ndə gördüyü işlər

18.04.2024 [15:12]

Ümumdünya Antidopinq Agentliyi (WADA) aprelin 19-nu dünyada Ədalətli İdman Günü elan edib. Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətinin rəhbəri Səxavət Quliyev AZƏRTAC-a müsahibəsində təmiz idman dəyərlərinə həsr olunan “Ədalətli İdman Günü”nün dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıdığını deyib. WADA-nın təşəbbüsünə qoşulan AMADA da 2024-cü il aprelin 15-21-ni əhatə edən dövrü ölkəmizdə “Ədalətli idman həftəsi” elan edib və idman ictimaiyyətini bu günlə bağlı məlumatlandırma işinə başlayıb.