İsabel Bonnal: Sevindirici haldır ki, Azərbaycan idmanın inkişafına hər zaman öz töhfəsini verib
21.04.2024 [18:25]
Xəbərin mətni
“Onu deyə bilərəm ki, Bakı möhtəşəm və ecazkar şəhərdir”. AZƏRTAC xəbər verir ki, bu sözləri Monakonun təhsil, gənclər və idman komissarı İsabel Bonnal “Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi” mövzusunda təşkil olunan mətbuat konfransında deyib. O, xoş qarşılanmaya görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib: "Azərbaycan idmanın inkişafına hər zaman öz töhfəsini verib. Bakının küçələrində müxtəlif yaş kateqoriylarından insanların idmanla məşğul olduğunu görmək mümkündür. Bu, olduqca xoş məqamdır”.