İQTİSADİYYAT


Azərbaycanda iqtisadi artımla bağlı proqnozlar

Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır. Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ölkəmizdə iqtisadi artımın formalaşmasında qeyri neft sektoru əsas aparıcı rol oynayır.