SİYASƏT


AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub

İdarə Heyətinin sədri Vüqar Əliyev AZƏRTAC haqqında məlumat verərək agentliyin çoxşaxəli fəaliyyət istiqamətlərindən danışıb. Qeyd olunub ki, səkkiz dildə xəbər yayan agentlik, eyni zamanda foto, video və multimedia məhsulları istehsal edir. Agentliyin 50-yə yaxın xarici informasiya agentliyi ilə tərəfdaşlıq əlaqələrinin olduğunu deyən İdarə Heyətinin sədri Özbəkistanın UzA agentliyi ilə də əməkdaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb. “Biz Özbəkistan mediası ilə həm cari informasiya, həm də digər istiqamətlər - nümunə olaraq uşaqlar üçün informasiya sahəsində də əməkdaşlıq edə bilərik. Belə ki, AZƏRTAC xüsusi portalı vasitəsilə uşaqlar üçün maraqlı kontent də təqdim edir. Tərəfdaşlığın əsas məqsədi məhz qarşılıqlı səmərəli informasiya mübadiləsini həyata keçirməkdir ki, AZƏRTAC bu istiqamətdə səylərini göstərməyə hazırdır”, - deyə Vüqar Əliyev qeyd edib.