İQTİSADİYYAT


Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumat yayıb. 27 apreldən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq “Yolumuz Qarabağa” portalı üzərindən əldə edə bilərlər.