İQTİSADİYYAT


Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi 6 dəfə artıb

Azərbaycan və Qırğızıstan arasında son illərdə çox möhkəm əlaqələr qurulub. Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, dünən iki ölkə arasında imzalanan bir sıra sənədlər də bu əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini bir daha göstərdi. Deputat həmçinin Qırğızıstanın ölkəmiz üçün strateji cəhətdən əhəmiyyətini vurğulayaraq bildirdi ki, hazırda iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur.