İQTİSADİYYAT


Unun qiyməti ucuzlaşıb, çörəyin qiymətinə təsiri olacaqmı?

Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin birinci rübündə 262 min tondan artıq çörək istehsal edilib. Ölkə əhalisinin çörək istehlakı isə azalıb.  Eyni zamanda Azərbaycana son 3 ayda idxal olunan buğdanın miqdarı və qiyməti də əhəmiyyətli dərəcədə enib. Bəs maraqlıdır, bu amillər çörəyin də qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi? Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə çörək strateji məhsul olduğu üçün ölkəmizdə onun qiymətinə yanaşma başqadır.