İQTİSADİYYAT


Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Çinin Sıçuan vilayətinin paytaxtı Çenduda Çin-Azərbaycan investisiya və ticarətin təşviqinə dair forum keçirilib. AZƏRTAC xəbər verir ki, forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Sıçuan bölməsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Azərbaycanın Çindəki səfirliyinin, ölkəmizin ticarət nümayəndəliyinin, Sıçuan vilayəti xarici əlaqələr ofisinin, AZPROMO-nun və CCPIT-in birgə təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Sıçuan vilayətinin dövlət qurumlarının, işgüzar dairələrin, biznes assosiasiyalarının nümayəndələri, iş adamları iştirak ediblər.