SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfər çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, paytaxt Romada baş tutan görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fuad Muradov geniş hesabatla çıxış edib, komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, Koordinasiya Şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri haqqında məlumat verib.