SİYASƏT


Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-in Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkilatın Vyana ofisində davam edir.
AZƏRTAC xəbər verir ki, aprelin 30-da BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans təşkil olunub. Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən tədbirdə dövlətlər daxilində və arasında bərabərsizliklərin, davamlı inkişaf problemlərinin aradan qaldırılmasına dair məsələlər müzakirə ediləcək.