Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib

01.05.2024 [14:48]

Xəbərin mətni

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkədən 30-a qədər komanda iştirak edir. Yarışın bağlanış mərasimi mayın 3-də Mingəçevirdə olacaq.