Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bundan sonra da müstəmləkəçiliyə qarşı mübarizəyə dair beynəlxalq tədbirlər keçirəcək
01.05.2024 [16:02]
Xəbərin mətni
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində keçirilən “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransda 20 ölkədən ekspertlər, siyasi fəallar, diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının, eləcə də siyasi partiyaların üzvləri iştirak etdilər. Bu, bizim sayca 9-cu beynəlxalq konfransımızdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.