SİYASƏT


Malayziya Senatının sədri: Bakı Forumu ölkələr arasında mədəniyyət diplomatiyasının yayılmasında əvəzsiz rol oynayır

Azərbaycan Malayziya kimi çoxmədəniyyətlilik nümunəsidir. Multikultural mühitin qorunması və təbliği diplomatiyanın bir istiqamətidir. Biz rəqəmsal platformalar vasitəsilə muzeylərə virtual sərgilər təşkil edərək mədəniyyətlərin yayılması və millətlərin birləşməsi üçün bir sıra tədbirlər keçiririk. Təəssüflə bildirmək istərdim ki, son illərdə qloballaşma zəifləyib, dövlətlər arasında böyük aşılmaz sədlər qurulur, irqçilik artır. Buna görə də düşünürəm ki, belə bir Forumun keçirilməsi ölkələr arasında mədəniyyət diplomatiyasının - qarşılıqlı etimadın, sülhün və dostluğun yayılmasında əvəzsiz rol oynayır. Bunu Malayziya Senatının sədri Mutang Tagal “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel sessiyada çıxışı zamanı deyib