SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Cəbrayılın Horovlu kəndində müasir standartlara cavab verən yeni evlər

İşğaldan azad olunan Cəbrayılın Horovlu kəndinin təməli keçən il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Kənddə ilkin olaraq 334 ev tikilir. Birinci mərhələdə 1395 nəfərin, yaxın gələcəkdə isə 3470 nəfərin (867 ailənin) burada məskunlaşması nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mövcud məskunlaşma ərazisi 93,74 hektar olsa da, perspektivlər də nəzərə alınaraq kənd ərazisi 246,1 hektar əraziyədək genişləndiriləcək.