GÜNÜN MÖVZUSU: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunları
03.05.2024 [16:11]
Bakı daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Mayın 1-i və 2-si VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutdu. Bu gün isə müzakirələr Ağdamda davam edir. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən tədbirdə dünyanın 100-dən çox ölkəsindən 700 iştirakçı qatılıb və ən aktual və bəşəri məsələləri müzakirə etdilər. Bu dəfəki forum nə ilə yadda qaldı? Forumun yekunları ilə bağlı mövzunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla müzakirə edirik.