SİYASƏT


Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Azərbaycan minadan əziyyət çəkən ölkələrdəndir. Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə söyləyib.
Azərbaycanın minaların təmizlənməsi prosesində böyük dəstəyə ehtiyac duyduğunu qeyd edən Prezidentin köməkçisi bu məsələnin Avropanın təhlükəsizliyi üçün də vacib olduğunu vurğulayıb.