SİYASƏT
AZƏRTAC XƏBƏR VERİR: Azərbaycan minalardan əziyyət çəkən ölkələrin qrupuna daxildir
03.05.2024 [18:53]
Azərbaycan minadan əziyyət çəkən ölkələrdəndir. Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda keçirilən tədbirdə söyləyib.