ORDU


Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Mehbalı Zeynalabdıyev və Azər Salmanovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.