SİYASƏT


Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib

 Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso AZƏRTAC-a və AzTV-yə müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

Baş nazir Robert Fitso: Bu səfərlə bağlı təəssüratlarımı bölüşmək üçün mənə yaratdığınız fürsətə görə təşəkkür edirəm. Həqiqətən də bu, Azərbaycana Baş nazir olaraq etdiyim çox mühüm və ilk səfərdir. Qonaqpərvərliyiniz məni məmnun etdi. Sizin Prezidentlə görüşdüm və çox praqmatikdir, konstruktivdir, həm daxili, həm də xarici siyasətdə praqmatik şəxsiyyətdir. Düşünürəm ki, biz bu sahədə eyni keyfiyyətləri bölüşürük. Eyni zamanda, bu, mənim də yanaşmamdır. Deməliyəm ki, mən başqa ölkələrin daxili işlərinə qarışmayan siyasətçiyəm və hər bir ölkə öz yolunu seçmək haqqına malikdir. Yenə də deyirəm, əgər bir-birimizə bu şəkildə hörmətlə yanaşsaq, əminəm ki, əməkdaşlığımız fərqli keyfiyyətə malik olacaq. Prezidentinizi beşinci mandatı münasibətilə təbrik etmək istəyirəm. Proqramı imkan verdiyi zaman Slovakiyaya səfərə dəvət etdim və Onu eyni səviyyədə qonaqpərvərliklə, dostluqla qarşılayacağıq.